Hüquq şöbəsi

Kəmalə  Bünyadova

Kəmalə Bünyadova

Hüquq şöbəsinin müdiri

Hüquq şöbəsinin əsas məqsədi universitetin fəaliyyətində hüquqi məsələlərin həllini təşkil etmək və hüquqi risklərin qarşısını almaqla tədris, inzibati və idarəetmə proseslərinin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsini təmin etməkdir

ŞÖBƏNİN ƏSAS VƏZİFƏLƏRİ

2.1. UNEC-in fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək.

2.2. UNEC-in fəaliyyətinin normativ-hüquqi bazasının yaradılması işini təşkil etmək.

2.3. Daxili normativ sənədlərin hazırlanmasını təmin etmək və onların və hazırlanmasına nəzarət etmək.

2.4. UNEC-in müqavilə tərtibat  işinin, iddia və tələblər üzrə işlərini təşkil etmək.

2.5. UNEC-in hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək və s.

ŞÖBƏNİN FUNKSİYALARI

3.1. UNEC-in fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan normativ-hüquqi bazanın hazırlanması və tətbiqi.

3.2. UNEC-in rəhbərliyinin təsdiqinə təqdim olunan əmrlərin, təlimatların, əsasnamələrin və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması.

3.3. Şöbənin fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində universiteti dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək.

3.4. UNEC-də yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli tədbirlərdə universiteti təmsil etmək, onların işində iştirak etmək və s.

Şöbə xəbərləri

14 Kasım 2024
UNEC-də inzibati heyət üçün təlimlər davam edir
02 Kasım 2018
Açıq Hökumətin təşviqinə dair mühazirələr

İletişim

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası, I mərtəbə

Telefon

(994) 12 492-59-03 (1131)

E-posta

k.bunyadova@unec.edu.az

Digər bölmələr