Nəşriyyat şöbəsinin müdiri
Azərbaycan Dövlət İqtisad Universitetinin nəşriyyatı 1972-ci ildən fəaliyyətə başlamışdır. Nəşriyyat bu illər ərzində minlərlə dərslik, metodik vəsait və metodik göstəriş, tədris proqramları, monoqrafiya və külliyyatlar nəşr edərək müəllim və tələbələrin ixtiyarına vermişdir. Son illərdə nəşriyyatda 2400 adda müxtəlif təyinatlı çap məhsulları: dərsliklər, dərs vəsaitləri, metodiki göstəriş və vəsaitlər, fənn proqramları, monoqrafiyalar, konfrans materialları, blanklar çap edilmişdir.
Nəşriyyatın funksiyalarına elmi və tədris materiallarının nəşri, UNEC-in tədris proqramlarına uyğun kitabların nəşrinin təşkili, UNEC-in rəsmi elmi jurnallarının redaktəsi, dizaynı və çapı, elmi konfrans materiallarının toplanması və nəşri, ayihələri və ictimai tədbirləri ilə bağlı broşür, buklet, afişa və digər çap məhsullarının hazırlanması, təqdim olunan materialların elmi, texniki və dil baxımından redaktə və korrektəsi və s. aiddir.