Hərbi və Xüsusi şöbə

Səidə  Babayeva

Səidə Babayeva

Hərbi və xüsusi şöbənin müdiri

Şöbə universitetin təhlükəsizlik, hərbi uçot və xüsusi təyinatlı sənədlərlə iş sahələrini tənzimləyən struktur bölməsidir.

Şöbə 1966-cı ildən fəaliyyətə başlayıb. Hərbi və xüsusi şöbə müvafiq dövlət orqanlarının yerlərdə filialı olaraq fəaliyyət göstərir, hüquq-mühafizə orqanları ilə lazımi xidməti yazışmalar aparır, professor-müəllim heyətinin və texniki əməkdaşların uçotunu təşkil edir.

Şöbə çağırışçı tələbələrin üçotunu aparır, əyani şöbədə oxuyanların bronlaşdırılmasını təşkil edir, Respublika Hərbi Komissarlığı ilə çağırışçılar haqqında müntəzəm yazışmalar aparır. 

Şöbənin əsas vəzifələri:

1. Şöbə müvafiq dövlət orqanlarının yerlərdə filialı olaraq fəaliyyət göstərir.

2. ”Dövlət sirri haqqında” AR Qanununa uyğun olaraq universitetdə dövlət sirri təşkil edən məlumatların mühafizəsinin və məxfi-rejim qaydalarını təmin edir.

3. Məxfi kargüzarlığın təşkilinin və mövcüd “Təlimata” müvafiq surətdə aparılmasını təmin edir.

4. Təsdiq olunmuş nomenklaturaya müvafiq olaraq, işçilərin məxfi məlumatlarla işləməyə buraxılmasını təşkil edir.
5. İşləyən hərbi mükəlləfiyyətlilərin və çağırışçı-tələbər haqqında müvafiq hesabatların hazırlanmasını tərtib edir.

*
6. Hüquq-mühafizə orqanları ilə lazımı xidməti yazışmalar aparır.

7. İşləyən hərbi mükəlləfiyyyətlilərin və çağırışçı-tələbələr haqqında müvafiq hesabatların hazırlanmasını tərtib edir.

8. Möhür və ştampların hazırlanmasına, qeydiyyatına, saxlanılmasına, verilməsinə, istifadə olunmasına və məhv edilməsinə nəzarət edir.

9. Azərbaycan Respublikasının Çağırış üzrə Dövlət Xidmətinin şəhər, rayon, idarə, şöbə və bölmələri ilə çağırışçı-tələbələr haqqında müntəzəm yazışmalar aparır.

10. Çağırışçı-tələbələrin qeydiyyatını aparır.
13. Universiteti bitirən tələbələrə diplomu əvəz edən arayışlar verilir.

İletişim

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası, I mərtəbə

Telefon

+(994) 12 492-81-60

E-posta

herbi.shobe@unec.edu.az

Digər bölmələr