UNEC-in Tələbə Təşkilatları universitetdə tələbələrin sosial, mədəni, intellektual və ictimai fəaliyyətlərini təşkil edən və tələbə həyatını zənginləşdirməyi hədəfləyən qurumlardır.
Universitetimizdə fəaliyyət göstərən tələbə təşkilatları,
tələbə həyatı və akademik təcrübənizi zənginləşdirmək
üçün geniş imkanlar təqdim edir.
Bu təşkilatlar, tələbələrin maraq və ehtiyaclarını qarşılamaqla
yanaşı, bacarıqlarını inkişaf etdirmək və sosial əlaqələrini
genişləndirmək məqsədi daşıyır.
Tələbə təşkilatlarına üzv olmaq üçün:
Fakültənizin TGT və ya TEC nümayəndəsinə müraciət etməlisiniz;
Rəsmi müraciət forması və ya online qeydiyyat forması doldurmalısınız;
Bəzi klublarda üzvlük üçün müsahibə və seçim mərhələsi keçirilə bilər.
Komanda işi bacarıqları inkişaf edir, liderlik təcrübəsi qazanılır, CV üçün üstünlük yaradır, təlimlər və tədbirlərdə iştirak imkanı verilir.
Xeyr, bu təşkilatlarda iştirak könüllüdür, lakin şəxsi inkişaf və aktiv tələbə həyatı üçün tövsiyə olunur.
Təlimlər, seminarlar, sosial layihələr, xeyriyyə aksiyaları, debatlar, idman turnirləri, intellektual oyunlar, ekskursiyalar və s.
Bəli, tələbə bir neçə təşkilatda iştirak edə bilər.
Bəli, aktiv tələbələr UNEC-in təşəkkürnaməsi, sertifikatları ilə təltif olunur, xüsusi tədbirlərə dəvət olunurlard