Tələbə işləri mərkəzinin direktoru, dosent
Mərkəz universitetdə tələbələrin şəxsi işləri, müdafiə protokolları və diplomların təşkili ilə bağlı bir sıra funksiyaları həyata keçirir.
UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli iclasının qərarının icrasını təmin etmək məqsədilə Tələbə şöbəsinin bazasında Tələbə işləri mərkəzi yaradılıb.
Mərkəzin funksiyalarına aiddir:
– tələbə işləri mərkəzinə daxil olan sənədlərin uçotu və saxlanılmasını həyata keçirmək;
– tələbələrin şəxsi işlərinin qəbulu;
– şəxsi işə aid sənədlərin tam qaydada olmasına nəzarət;
– tələbə əmrlərinin işlənməsi, hər bir əmrdən çıxarış yazılması və müvafiq olaraq tələbənin şəxsi işinə tikilməsi;
– diplomların düzgün və vaxtında tərtib edilməsinə tam nəzarət;
– diplomların qeydiyyat kitabına salınması;
– məzunlara diplomların verilməsinin təşkili;
– bakalavr buraxılış işinin və magistr dissertasiyasının müdafiəsi protokollarının vaxtında kafedralara paylanılması;
– protokolların düzgün tərtib edilməsinə nəzarət etmək;
– protokolların Tələbə işləri mərkəzinə vaxtında təhvil verilməsinə nəzarət etmək;
– Tələbə işləri mərkəzinə daxil olan məktublara, sorğulara vaxtında cavab hazırlanması və s.