Mərkəzin əsas məqsədi universitetdə keçirilən bütün imtahan proseslərini şəffaf, obyektiv və beynəlxalq standartlara uyğun şəkildə təşkil və idarə etməkdir.
UNEC-in Elmi Şurasının 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ 173 №-li qərarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixində UNEC İmtahan mərkəzi yaradılmışdır. 03.10.2024-cü il tarixindən mərkəzə Tahir Bədəlov rəhbərlik edir.
Mərkəzin funksiylarına aiddir: İmtahanların təşkili və keçirilməsi; Sessiya imtahanlarının (aralıq və yekun) təşkili; Mövcud imtahan cədvəllərinin hazırlanması və yayımı;
Onlayn və ya ənənəvi formada imtahanların keçirilməsi; İmtahan nəticələrinin düzgün və vaxtında daxil edilməsi; Qiymətləndirmədə obyektivliyin təmin olunması; Apellyasiya proseslərinin təşkili və idarə edilməsi; Statistik hesabatların hazırlanması; İmtahan nəticələri əsasında təhlillərin aparılması; Açıq imtahanların təşkili; Videomüşahidə və ya digər nəzarət vasitələrinin tətbiqi;