Tələbə işləri mərkəzi

Xalidə  Yusifova

Xalidə Yusifova

Tələbə işləri mərkəzinin direktoru, dosent

Mərkəz universitetdə tələbələrin şəxsi işləri, müdafiə protokolları və diplomların təşkili ilə bağlı bir sıra funksiyaları həyata keçirir.

UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli iclasının qərarının icrasını təmin etmək məqsədilə Tələbə şöbəsinin bazasında Tələbə işləri mərkəzi yaradılıb.

Mərkəzin funksiyalarına aiddir:
– tələbə  işləri mərkəzinə daxil olan sənədlərin  uçotu və saxlanılmasını həyata keçirmək;

– tələbələrin şəxsi işlərinin qəbulu;

– şəxsi işə aid sənədlərin tam qaydada olmasına nəzarət;

– tələbə əmrlərinin işlənməsi, hər bir əmrdən çıxarış yazılması və müvafiq olaraq tələbənin şəxsi işinə tikilməsi;

– diplomların düzgün və vaxtında tərtib edilməsinə tam nəzarət;

– diplomların qeydiyyat kitabına salınması;

– məzunlara diplomların verilməsinin təşkili;

– bakalavr buraxılış işinin və magistr dissertasiyasının müdafiəsi protokollarının vaxtında kafedralara paylanılması;

– protokolların düzgün tərtib edilməsinə nəzarət etmək;

– protokolların Tələbə  işləri mərkəzinə vaxtında təhvil verilməsinə nəzarət etmək;

– Tələbə  işləri mərkəzinə daxil olan məktublara, sorğulara vaxtında cavab hazırlanması və s.

Əməkdaşlar

最新新闻

查看全部
04 二月 2025
UNEC əməkdaşının moda ilə bağlı araşdırması ProQuest platformasına daxil edilib
17 十二月 2024
UNEC ilə İstanbul Aydın Universiteti inklüziv təhsillə bağlı birgə layihələr həyata keçirəcək
30 七月 2024
UNEC-in “Bir Pəncərə” sistemi barədə empirik araşdırma Avropanın nüfuzlu jurnalında dərc olunub

其他中心