Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsi

Şakir   Qasımov

Şakir Qasımov

Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinin müdiri

Şöbənin əsas məqsədi UNEC-də əmək şəraitinin təhlükəsizliyinin qorunmasını təmin etmək, əmək fəaliyyəti zamanı hər cür qəza, xəsarət və təhlükəli hallarının qarşısını almaq məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tətbiqini təşkil və nəzarət etməkdir.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsi universitetdə işçilərin əmək fəaliyyəti prosesində həyat və sağlamlığının, hüquqi, sosial-iqtisadi, texniki, sanitar-gigiyenik, profilaktik-müalicə, təşkilatı, reabilitasiyaedici və digər tədbirlər sistemlərinin yaradılması, əməyin təhlükəsizliyi standartlarının yerinə yetirilməsi, təhlükəsiz əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi və texniki təhlükəsizlik

üzrə peşə təlimatlarının tələblərinə əməl edilməsi, iş yerlərinin əməyin mühafizəsi üzrə attestasiya olunması, işçilərin kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunması və bu kimi digər işlərin yerinə yetirilməsinə nəzarət edir. Eyni zamanda ƏMTT şöbəsi universitetdə yanğından mühafizə qaydalarına işçilər tərəfindən əməl edilməsi üzərində də nəzarət işlərini həyata keçirir.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsi ƏSASNAMƏSİ

Şöbə xəbərləri

26 Aralık 2018
Yanğın təhlükəsizliyinin təmin edilməsi mövzusunda seminar

İletişim

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 12 492-06-51

E-posta

shakir.gasimov@unec.edu.az

Digər bölmələr