Həqiqət  Qədimova

Həqiqət Qədimova

Avesis链接
haqiqat-qadimova@unec.edu.az
+994 50 644 31 74 
Qədimova Həqiqət Kərim qızı 1959-cu il yanvar ayının 19 da Ağdam rayonunun Tağıbəyli kəndində anadan  olub.
1975-ci ildə  Ağdam rayonunun Güllücə kəndində orta məktəbi bitirib.
1977-ci ildə Səməd Ağamalıoğlu adına Kənd Təssərrüfatı İnstitutunun “Alim aqronom” ixtisasına daxil olub.
1982-ci ildə  həmin institutu bitirib.
1982-ci ildən Ağdam rayonunun Güllücə kəndində yerləşən şərab zavodunda labaratoriya müdiri işləyib.
2000-ci ildə Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir filialında baş laborant işləyib.
2002-ci ildə Azərbaycan Milli Elmlər  Akademiyasının Nəsimi adına dilçilik institunda dissetant olub.
2006-cı ildə “Müasir Azərbaycan dilində qoşulma konstruksiyalar” mövzusunda dissertasiya işini başa vurub, elmlər namizədidir.

2006-cı ildə AMİ-nin Mingçevir filialında “İctimai fənlər və peşə təlimi” kafedrasının müdiri, 2008-ci ildə “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, 2012-ci ildən həmin filialda “Filologiya və təhsildə psixoloji xidmət” fakültəsinin dekanı, 2015-ci ildə AMİ-nin Zaqatala filialında “Tədris işləri üzrə” direktor müavini vəzifələrində işləyib.
2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında “Ümumi fənlər” kafedrasının müdiri, 2018-ci ildə UNEC-in Zaqatala filialında İqtisadiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.
2020-ci ildən UNEC-in Zaqatala filialının direktor müavinidir.
30-dan artıq elmi məqalənin, bir dərs vəsaitinin, bir  metodik vəsaitin müəllifidir.
1983-cü ildən ailəlidir, iki övladı var.