Tələbə Gənclər Təşkilatı

TGT-nin məqsədi tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndirmək, gələcəyə fikirlərini yönəltmək və strategiyasını qurmağa dəstək olmaq, tələbələrin asudə vaxtını maraqlı təşkil etməkdir.

UNEC-in Tələbə Gənclər Təşkilatı 2005-ci ildə yaradılmışdır.
UNEC-in daxilində keçirilən tədbirlər, intellektual yarışmalar, debat çempionatları, sərgilər, idman yarışları, musiqi festivalları və s. kimi tədbirləri TGT-nın üzvləri və yeni üzv olan tələbələrin layihələri əsasında formalaşır. 

Universitetdən kənarda keçirilən tədbirlərdə tələbələrin iştirakını könüllü təşkil etmək üçün keçirilən tədbirin mövzusuna marağı olan tələbələr cəlb edilir. Bu vəzifəni fakültə sədrləri təşkil edir. Bundan əlavə, hər fakültənin qruplar üzrə nümayəndələri olur.

联系方式

Ünvan: Bakı, İstiqlaliyyət 6 (I Tədris binası, III mərtəbə)

电话

+994 (012) 492-66-31

电子邮件

tgt@unec.edu.az

Digər təşkilatlar