Dizayn

Elfanə  Qasımova

Elfanə Qasımova

“Dizayn” kafedrasının müdiri, f.f.d., dos.

Kafedranın yaradılmasında əsas məqsəd tədris prosesində tələbələrin yaradıcılıq qabiliyyətini formalaşdırmaqla yanaşı, yüksək zövqlü yaradıcı mütəxəssislər yetişdirməkdir. 

“Dizayn” kafedrası 1999-cu ildən fəaliyyətə başlamışdır.  Kafedra üzrə bakalavr pilləsində 68 fənn tədris olunur. Bütün fənlər sillabuslar və tədris vasitələrilə təmin olunmuşdur. Nəzərdə tutulan proqramı həyata keçirmək üçün tələbələr üçün dizayn studiolar (yaradıcılıq emalatxanaları) yaradılmış, yeni avadanlıq və materiallarla təchiz edilmişdir. 

Kafedranın əsas missiyası dizaynın bir çox istiqamətlərində rəqabətqabiliyyətli və praktiki qabiliyyətlərə malik,  əmək bazarının çağırışlarına və beynəlxalq standarlara cavab verə bilən ixtisaslı mütəxəssislər hazırlamaqdır. Kafedranın müəllimləri tərəfindən tələbələr üçün dərs vəsaiti, metodik vəsaitlər hazırlanaraq çap edilmişdir. 

Tədris edilən fənlərin mənimsədilməsi ilə tələbələr dizayn problemlərini  həll edə bilən mütəxəssis kimi yetişirlər. Kafedra əmək­daşları respublikamızda hal-hazırda dizayn sahəsi üzrə fəaliyyət göstərən müəssisə, təşkilatlar, firmalar və s. ilə sıx əlaqə saxlamaqla, bu sahədə olan yenilikləri izləyir və elmi axta­rışlarını davam etdirməkdədirlər. 

Kafedra əməkdaşlarının respublikada istehsal olunan məhsulların dizayn elementləri ilə tərtib olunması, məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində apardıqları elmi axtarışlar həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb edir. 

系部新闻

02 四月 2025
UNEC-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib
27 十二月 2024
UNEC Dizayn Məktəbi Məzun Assosiasiyasının növbəti görüşü baş tutub
20 十二月 2024
UNEC-də müzakirələri: “Dizaynın 100 əsas prinsipi”

联系方式

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)

电话

+(994)12 492-59-03 (13-22)

电子邮件

其他系部