UNEC ilə Çinin Lanzhou Maliyyə və İqtisad Universiteti əməkdaşlığa start verdi

  • 10 Temmuz 2025
  • 14

Çin Xalq Respublikasının Lanzhou Maliyyə və İqtisad Universitetinin (LMİU) nümayəndə heyəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüş keçirilib.

Görüş zamanı iyun ayında UNEC rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri çərçivəsində başlanmış əməkdaşlıqla bağlı müzakirələr davam etdirilib və bir sıra vacib razılaşmalar əldə olunub.

Tərəflər arasında Birgə Tədqiqat Mərkəzinin yaradılması, bu ilin sentyabr ayından qarşılıqlı müəllim və tələbə mübadiləsinin başlanması, eləcə də LMİU-də yaradılmış Çin - Azərbaycan Təhsil Əməkdaşlığı Mərkəzinin analoqunun UNEC-də yaradılması barədə razılığa gəlinib.

Müzakirələrin sonunda tərəflər arasında əldə olunmuş razılaşmaları əks etdirən sənəd imzalanıb. 

İmzalanmadan sonra çinli nümayəndə heyəti UNEC-in Ekstern mərkəzi, Bloomberg laboratoriyası, Karyera Mərkəzi, imtahan zalı və digər infrastrukturlarla tanış olublar.