Rəqəmsal təhsil mərkəzi (“UNEC Extern”)

Mərkəzin məqsədi rəqəmsal texnologiyalardan istifadə etməklə tədrisin müasir tələblərə uyğunlaşdırılması, distant tədris formalarının tətbiqi və UNEC-in elektron universitet modelinə keçidini təmin etməkdir.

“UNEC Extern Mərkəzi” 12 noyabr 2019-cu il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradovun 994/3/2019 nömrəli əmri ilə yaradılmışdır. 15 sentyabr 2025-ci ildən etibarən Mərkəz yenidən müstəqil struktur kimi Rəqəmsal Təhsil Mərkəzi (“UNEC Extern”) adı altında fəaliyyətini davam etdirir.
2020-ci ildə maddi-texniki bazası formalaşdırılmış, 6 tədris studiyası və inzibati otaqlarla təchiz edilmiş mərkəz tam fəaliyyətə başlamışdır. Mərkəzdə dərslər birbaşa video əlaqə ilə aparılmış, arxivləşdirilmiş və tələbələrə istənilən vaxt izləmək imkanı yaradılmışdır. 

 

Vizyonumuz: UNEC Extern Mərkəzi regional və beynəlxalq səviyyədə rəqəmsal təhsil innovasiyaları sahəsində aparıcı mərkəzə çevrilməyi hədəfləyir. Mərkəz rəqəmsal texnologiyalar, süni intellekt, LMS və onlayn təhsil sistemlərinin inteqrasiyası vasitəsilə tədrisin keyfiyyətini artırmaq, regionda “Rəqəmsal Universitet” modelinin nümunəsinə çevirmək məqsədi daşıyır.
*
Missiyamız: UNEC Extern Mərkəzinin missiyası rəqəmsal texnologiyalardan səmərəli istifadə etməklə tədris prosesini müasir tələblərə uyğunlaşdırmaq, distant və hibrid təhsil modellərini inkişaf etdirmək, tədrisin fasiləsizliyini təmin edən innovativ rəqəmsal mühit yaratmaqdır. Mərkəz həm tələbələr, həm də müəllimlər üçün çevik, əlçatan və təhlükəsiz elektron tədris ekosistemi formalaşdırmaqla UNEC-in elektron universitet modelinə keçidini dəstəkləyir.
*
Rəqəmsal təhsil mərkəzi (“UNEC Extern”)-in tərkibində Rəqəmsal Təhsilin Təşkili Şöbəsi fəaliyyət göstərir.

*
Rəqəmsal Təhsilin Təşkili Şöbəsi

Əməkdaşlar

Bize ulaşın

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası

Telefon

+(994) 12 492-59-03; 18-46 (daxili: 1123)

E-posta

kamina.jabrayilova@unec.edu.az