Bloomberg laboratoriyası

Səidə  Xəlil

Səidə Xəlil

Bloomberg maliyyə laboratoriyasının rəhbəri

1981-ci ildə Michael Bloomberg tərəfindən New-Yorkda əsası qoyulan Bloomberg L.P. bugün maliyyə xidmətləri, məlumat bazası və süni intellekt vasitəsi ilə dünyada öz liderlerliyini qorumaqdadır. Dünyanın 120-dən çox ölkəsində 19000-dən çox işçi və maliyyə analitik ilə Bloomberg qlobal sferada baş verənlərin və hadisələrin maliyyə bazarlarına necə təsir edəcəyi ilə bağlı məlumatları bölüşür. Şirkət istifadəçilərinə öz terminalları ilə bu maliyyə bazarlarına girişi təmin edərək, müvafiq sahədə geniş məlumat bazasına çıxış imkanı verir. Bloomberg eyni zamanda Qafqazda ilk dəfə UNEC ilə əməkdaşlıq edərək öz terminallarını Universitetin tələbə və əməkdaşları üçün əlçatan etmişdir. 12 terminal vasitəsilə xidmətlərdən istifadə edən əməkdaşlar eyni zamanda Bloomberg Market Concepts adlı beynəlxalq sertifikatı ödənişsiz əldə edəcəkdir. Təlimlərin sonuna doğru artıq terimaldan istifadə edən istifadəçi simulasiya şəklində öz portfelini quraraq qiymətli kağız və səhmlərlə əməliyyatlar aparmaq bacarığına yiyələnəcəkdir. Sertifikatı əldə etmək üçün aşağıdakı bölmələr tamamlanmalıdır: Economic Indicators; Currencies; Fixed Income; Equities; Terminal Basics; Commodities; Stock Options; Portfolio Managementt.

İletişim

Ünvan: Bakı, İstiqlaliyyət, 6 (Əsas tədris binası)

Telefon

+(994) 12 492-60-45

E-posta

saida_khalil@unec.edu.az