Departament qeyri-ixtisas fənlərinin tədrisini vahid, optimallaşdırılmış və innovativ sistemlə idarə etməklə, universitetdə akademik keyfiyyət və vahid standartların təminatçısı rolunu oynayır.
UNEC-in tədris prosesində idarəetmənin təkmilləşdirilməsinin zəruriliyini nəzərə alaraq, 03.02.2020-ci il tarixində Ümumi fənlərin tədrisinin təşkili departamenti yaradılıb. 03.02.2020-ci il tarixdən Ümumi fənlərin tədrisinin təşkili departamentinə  f.ü.f.d., dosent Gülnarə Rzayeva  rəhbərlik edir.
*
Departament üzrə təhkim edilən kafedralar:
Departamentin əsas məqsədi universitetdə ixtisas fənlərinin hər bir fakültə üzrə müstəqil kafedralar tərəfindən tədris olunması fonunda qeyri-ixtisas fənlərinin tədrisinin vahid, keyfiyyətli və optimallaşdırılmış sistem üzrə aparılmasını təmin etmək,  tərkibindəki kafedraların fəaliyyətini inteqrasiya etmək, həmçinin, qeyri-ixtisas fənlərinin tədrisinin effektivliyini, keyfiyyətini və innovativliyini artırmaq, eləcə də bütün tədris resurslarını optimal şəkildə idarə etməkdir. Departamentin əsas vəzifəsi qeyri-ixtisas fənlərinin tədrisini vahid mərkəzləşmiş sistem çərçivəsində idarə etməklə universitetin tədris keyfiyyətinə strateji töhfə verməkdir. 
ƏTRAFLI