Şəfahət  Abdullayeva

Şəfahət Abdullayeva

Psixoloji Xidmət Mərkəzinin rəhbəri

Ссылка Avesis

Bakı şəhəri, İstiqlaliyyət küç. 6, əsas tədris binası, otaq nömrəsi 327
012-492-59-14
shafahat.abdullayeva@unec.edu.az


Şəfahət Yusif qızı Abdullayeva  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin rəhbəridir.
Psixologiya üzrə fəlsəfə doktoru, dosentdir.

Əsərlərini ən çox oxuduğu psixoloqlar Viktor Frankl və Karl Qustav Yunqdur.
2006-ci ildən psixologiyanın praktik sahəsi ilə məşğuldur.

50-dən çox məqalənin müəllifidir. Məqalələri yerli və beynəlxalq jurnallarda, o cümlədən Web of science jurnallarında çap edilmişdir.

Tədqiqat sahəsi genişdir: ünsiyyətin emosional xüsusiyyətləri (namizədlik dissertasiyasının mövzusu), multikulturalizmin psixoloji aspektləri, pozitiv yönəlişliyin formalaşması (doktorluq dissertasiyasının mövzusu), iqtisadi davranışın psixologiyası.
"Siyasi psixologiya" (2014), "Şəxsiyyətin psixoloji potensialı" (2016), "Fenomenlər" kitablarının müəllifidir.
GOOGLE SCHOLAR