Aziz Sancar adına Qida təhlükəsizliyi laboratoriyası UNEC-in Elmi Şurasının 21 may 2018-ci il tarixli iclasının Qərarı və UNEC rektorunun əmrinə əsasən yaranmışdır.
Laboratoriyanın 6 dekabr 2021-cil tarixində UNEC-də kimya üzrə Nobel mükafatı laureatı, professor Aziz Sancar tərəfindən açılışı olmuşdur.
Yaxın zamanlarda qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaqdır. Həmçinin magistraturant və doktorant namizədlər üçün nəzərdə tutulan tədqiqat mərkəzinin yaradılmasına dair tədbirlər görülür.