Tez-tez verilən suallar

Hər bir müraciətçi şəxsi kabinet vasitəsi ilə qeydiyyatdan keçməlidir. Azərbaycanda olan namizədlər UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinə bir başa sənədlərini təqdim edə bilər. Ancaq şəxsi kabinet vasitəsi ilə qeydiyyatdan keçmək həm vaxta qənaət etməyə imkan yaradır, həmçinin, hər hansı bir zəruri sənədin unutulmaması riski sizi xilas edəcəkdir.



UDİD proqramında təhsil müddətində birinci ixtisas üzrə nəzərdə tutulan fənlər üzrə kreditləri qazanan və ayrı-ayrı fənlərdən müvəffəqiyyət göstəricisi 81-100 bal arasında olan I kursu bitirmiş tələbələr iştirak edə bilər. Onlar semestrin başlanğıcına üç həftə qalanadək rektorun adına yazılı formada ərizə ilə müraciət edə bilərlər. Semestrin başlanğıcına iki həftə qalanadək isə müraciətlər qəbul komissiyası tərəfindən qəbul prosesinin təşkili qaydalarına uyğun dəyərləndirilir və proqrama qəbul edilən tələbələrin siyahısı elan edilir.

UDİD proqraminda iştirak ödənişlidir. Tələbələrin ikinci ixtisas üzrə dinlədiyi fənlər üzrə təhsil haqqının məbləği fənlərin kredit sayına uyğun olaraq həmin ixtisas üzrə bir kredit üçün müəyyənləşdirilir.

UDİD proqramına qəbul edilən tələbələr üçün əlaqədar ixtisasların təhsil standartları, tədris planları, ixtisas üzrə məzunlarının əldə etməli olduğu bilik, bacarıq və vərdişlər, tədrisi nəzərdə tutulan fənlərin sillabusları dəyərləndirərək, xüsusi tədris qrafikləri hazırlanır. Bu qrafiklər əsasında hər bir tələbə üçün akademik məsləhətçilərin köməyi ilə semestr başlamazdan əvvəl fərdi tədris planları tərtib olunur ki, burada tələbənin həm birinci, həm də ikinci ixtisasda dinləməsi tələb olunan bütün fənlər qeyd olunur.

UDİD proqramında iştirak edən tələbələr ikinci ixtisas fənnlərinin kreditlərini yalnız UNEC-də toplamalıdır. Tələbə UDİD Proqramı üzrə müvəffəqiyyətsiz olduğu fənni bu fənnin açılacağı ilk semestrdə təkrarlayır. Tələbə müvəffəqiyyətsiz olduğu seçmə fənnin yerinə akademik məsləhətçinin köməyi ilə yeni fənn seçə bilər. UDİD proqramı tələbəsi yay semestrində də iştirak edə bilər.

UDİD proqramında iştirak edən tələbələr göstəriciləri uyğun gəldiyi halda UNEC tələbələri üçün təklif olunan bütün mübadilə proqramlarına qatıla bilərlər. Əsas ixtisas proqramı üzrə akademik məzuniyyət verilən tələbə isə UDİD proqramı üzrə də akademik məzuniyyətdə hesab edilir.

UDİD və MİNOR proqramlarının yalnız birinə qoşulmaq olar. UDİD Proqramını hər hansı səbəbdən yarımçıq qoyan tələbə, şərtlər uyğun gələrsə ikinci təhsilini MİNOR Proqramı çərçivəsində davam edə bilər.

Əcnəbi tələbə orijinal sənədlərini özü təqdim etməlidir. İstisna hallarda tələbənin sənədlərini notarial qayda da təsdiq olunmuş etibarnaməsi olan şəxs təqdim edə bilər.

Müqaviləni yalnız əcnəbi tələbənin özü imzalamalıdır.

Qubaya ozel cavab 1

Problemi həll olunana qədər. Bu, bir həftə, hətta bir il də davam edə bilir. Biz adətən həftədə bir dəfə görüş təyin edib, seans keçiririk. Elə problemlər var ki, qısa zamanda həllini tapa bilir, bəziləri üçün isə uzunmüddətli seanslar lazım olur. Uzunmüddətli seanslar davamlılıq tələb edir və belə tələbələrimiz hazırda var.

İmtahan həyəcanını hər birimiz yaşamışıq və bizə tanış hisslərdir.  Tələbələrə birinci tövsiyəmiz odur ki, imtahanlara yaxşı hazırlaşsınlar. Bu zaman həyəcan emosiyaları 90 faiz azalır. Həyəcan əsasən imtahan başlayan zaman, yəni suallarla tanışlıq zamanı yaranır. Bunun da aradan qaldırılması yolları kimi düzgün nəfəsalma, diqqətin başqa şeylərə yönəldilməməsi və s. bu kimi texnikaları tələbələrə öyrədirik.

Əsasən onların yaş xüsusiyyəti, mühit dəyişikliyi, sevgi məsələləri, şəxsi keyfiyyətləri ilə bağlı olan problemlərdir.

Təəssüf ki, belə hallar olur. Həmin şəxslərin intihar həddinə gəlib çatmaması üçün onlarla fərdi seansların keçirilməsi çox önəmlidir. Stres yaşayan, depressiyaya düşən, ailə problemləri ilə qarşılaşan gənclər çox zaman bu problemlərlə təkbaşına mübarizə apara bilmirlər. Problemlərini ətrafındakı insanlara, yaxınlarına danışmaqdan çəkinirlər. O baxımdan psixoloji mərkəzlər həmin şəxslərə professional dəstək göstərə bilirlər. 

Fəaliyyətə başladığımz dövrdən bu günə qədər Mərkəzimizə 260-a yaxın müraciət olub və 950-dən çox seans keçirmişik. Bu ildən isə müraciətlərin sayı kifayət qədər artıb. Əlbəttə ki, bu, bizə olan inamın nəticəsidir.

Tələbələr daha çoxdur. Lakin bu ildən əməkdaşların da sayı çoxalıb. Biz üç prinsip əsasında işləyirik: könüllülük, ödənişsizlik və məxfiliyin qorunması.

UNEC-də təhsil alan bakalavr, magistr, doktorantlar, müəllimlər və əməkdaşlar, bir sözlə, UNEC-də təmsil olunan hər kəs xidmətimizdən yararlana bilərlər.

Fərdi şəkildə görüşdən sonra fərdi seanslar təyin edilir və lazım olduqda seanslar qrup şəklində də təşkil olunur. Bir seansın müddəti 50 dəqiqədir.

Mərkəzimiz UNEC-in əsas tədris binasında 327-ci otaqda fəaliyyət göstərir. Hələlik məsləhət saatlarına mənim mobil nömrəmə (050 858 03 37) zəng edərək yazılmaq mümkündür. Qısa zamanda isə unec.edu.az saytı üzərindən qeydiyyat bölməsi yaradılacaq. Qəbul, eləcə də qəbula yazılmaq I-V günlər, saat 09:00-17:30-a dəkdir.

Müxtəlif seminarlarda 15-25 (6-8 saat) iştirakçı ola bilər.

Təkliflərimiz: Seminarlar, Təlimlər, Kurslar, Tədbirlər, Mentorluq təlimi, Xüsusi xidmətlər 

Mərkəz öz məqsədlərinə nail olmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: - əlilliyi olan tələbələrin təhsil imkanları və resursları ilə təmin edilməsi; - əlilliyi olan tələbələrin təhsilə motivasiyası və cəlb edilməsi üçün imkanların yaradılması; - əlilliyi olan tələbələr üçün könüllülük əsasında həyata keçirilən təlim kurslarının təşkil edilməsi; - eyni profilli mərkəzlər ilə təcrübə mübadiləsinin həyata keçirilməsi; - cəmiyyətin müxtəlif təbəqələri arasında əlillik barədə maarifləndirmə işinin aparılması. 

İnkluziv təhsil — ümumi təhsilin hamı üçün əlçatan olmasını nəzərdə tutan və bütün gənclərin müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaf prosesi. Bu, sağlamlıq imkanları məhdud gənclərin təhsilə cəlb olunmasını da təmin edir.

İnkluziv təhsil gənclərin müstəqil bir fərd olduğunu və təhsil zamanı onların hər birinin öz ehtiyacları olduğunu qəbul edən metodologiyaları inkişaf etdirməyə yönəlib. İnkluziv təhsil tədris zamanı müxtəlif ehtiyacların ödənilməsinə yönəlmiş yanaşmaların formalaşdırılmasına çalışır.

İnkluziv təhsil istər sağlam, istərsə də əlilliyi olan gənclərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlilliyi olan gəclərin təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur.

Azərbaycanda İnkluziv təhsil layihəsinin icrasına 2005-ci ildən start verilmişdir. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli, 20 nömrəli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) insanların təhsili”nin təşkili üzrə inkişaf proqramı təsdiq edilmişdir.

Keçiriləcək tədbirlər barədə əvvəldən elan verilir, müraciət etmək üçün qeydiyyat linki paylaşılır

Karyera Yarmarkası ildə 2 dəfə təşkil olunur

UNEC-də təşkil edilən Karyera Yarmarkasına UNEC məzunları, magistrləri müraciət edə bilərlər

Dövlət sifarişi (büdcə) yerləri üçün daha yüksək ballar tələb olunur (təxminən 500–650+). Ödənişli yerlər üçün bal daha aşağı ola bilər (təxminən 250–500 arası). Dəqiq məlumatı DİM-in (Dövlət İmtahan Mərkəzi) illik statistikası əsasında əldə etmək olar.

UNEC-də təhsil Azərbaycan, İngilis, Rus və Türk dillərində tədris edilir

Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər.

Əgər tələb olunan sənədləri natamam təqdim etsəniz, sənədlərdən heç biri real deyilsə sənədlər qəbul edilməyəcəkdir.

Ölkəyə təhsil vizası ilə gəlmək mütləqdir.Çunki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi prosesində çətinliklərlə üzləşə bilər.

Hal-hazırda UNEC-də tələbə yataqxanası fəaliyyət göstərmir.

Ümumilikdə, Bakı şəhərində həm xarici, həm də yerli tələbələr üçün uyğun qiymətə icarəyə mənzillər, tələbə yataqxanaları mövcuddur. Bakı şəhərində icarə mənzillərin qiyməti yerləşdiyi rayondan asılı olaraq dəyişir. İcarəyə mənzillər qiyməti 250-500 AZN arasında dəyişir. Qeyd olunan məsələ ilə bağlı Beynəlxalq Əməkdaşlıq Departamenti Sizə yardım göstərə bilər.

Hər il universitetdə tədris ili 15 sentyabrda başlayır.