Safar Raziyev

Safar Raziyev

Avesis linki

+994 50 644 31 74 

Raziyev Safar 15.11.1957-ci ildə Qax-Muğal kəndində anadan olub.
1980-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunda işə təyin olunub.
1989-cu ildən müxtəlif orta və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Müəllim, direktor müavini və direktor vəzifələrində çalışıb.
2001–2005-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru olmuşdur.
Hazırda UNEC-in Zaqatala filialında “Texniko-texnoloji” şöbəsinin müdiri vəzifəsində çalışır.
60-dan çox elmi, tədris və metodik işlərin müəllifidir, o cümlədən 5 tədris-metodik vəsait.
2004-cü ildə dosent elmi adı verilib.
2008-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
2008, 2010, 2012-ci illərdə Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirakına və gənclərin tərbiyəsindəki xidmətlərinə görə Fəxri fərmanlarla təltif olunub.
Evlidir, iki övladı var.