
Mətanət Novruzova
16 oktyabr 1967-ci ildə Bakı şəhərində anadan olub.
Orta təhsilini 189 nömrəli tam orta məktəbdə alıb.
1987-ci ildə Bakı İnşaat Texnikumuna daxil olub, 1993-cü ildə texnikumu bitirib.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2007-ci ildə ADİU-ni Menecment ixtisası üzrə bitirib.
1985-ci ildənAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışır.
2023-cü ilin oktyabrında Ümumi şöbənin müdiri təyin olunub. O, bu vəzifəyədək həmin şöbədə baş mütəxəssis vəzifəsində çalışıb.
Əmək fəaliyyəti dövründə müəssisə rəhbəri tərəfindən "Fəxri Fərman", "Təşəkkürnamə" və digər mükafatlara layiq görülüb.