Flora Kaşiyeva Şamil
"Maliyyə və audit" kafedrasının dosenti
+(994) 12 492-59-13;
+(994) 12 492-40-04; 18-46 (1100)
1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (Universitet) «Maliyyə-kredit» fakültəsini bitirmişdir.
1995-ci ildən bu universitetdə müəllim kimi fəaliyyətə başlamışdır.
2000-ci il tarixində baş müəllim vəzifəsinə seçilmişdir.
2004/2005-ci ildən “Bank işi və pul tədavülü” kafedrasında müəllim işləyib.
2008-ci ildə “Bazar iqtisadiyyatı şəraitində pul-kredit siyasətinin investisiya fəaliyyətinin yüksəlməsində rolu” mövzusunda iqtisad elmləri alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya komissiyası tərəfindən iqtisad elmləri namizədi diplomunu almışdır.
2014-cü ildə dosent vəzifəsinə seçilmişdir.
Hazırda "Maliyyə və audit" kafedrasının dosentidir.
2011-ci il tarixində AR Təhsil Nazirliyinin 03.05.2011-ci il 722 saylı əmri ilə «Pul, kredit, banklar» metodik vəsaitin müəllifidir.
2013-cü il tarixində «Azərbaycan banklarının investisiya fəaliyyətinin prioritet istiqamətləri» monoqrafiyasının müəllifidir.
23 sayda elmi-metodiki işlərin, o cümlədən Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş elmi məqalələrin və tezislərin müəllfidir.
2013-cü tədris ilində F.Ş.Kaşiyeva «Bank işi» kafedrasının rəhbərliyi tərəfindən «Elmi-pedaqoji fəaliyyətinə görə və aktiv təşkilati fəaliyyətinə görə» təşəkkürnamə ilə təltif edilmiş və kafedra üzrə “İlin müəlliməsi” adına layiq görülmüşdür.