Multikulturalizm Tədqiqat Mərkəzi

center image

UNEC Multıkulturalızm Elmi-Tədqiqat Mərkəzi UNEC-in Elmi Şurasının 28 aprel 2017-ci il tarixli iclasının 151 №-li Qərarı və UNEC rektorunun 18 may 2017-ci il tarixli 292/3/2017 №-li əmrinə əsasən yaranmışdır.

MƏQSƏDİMİZ:

Humanitar və sosial elmlər, habelə Azərbaycan multikulturalizmi

və mövcud multikultural modellərin nəzəri-praktik tədqiqi və istiqamətləri üzrə elmi tədqiqatlar aparmaq, tədqiqatların nəticələrinin elmi mühit, cəmiyyətlə  bölüşmək, elmi tədqiqat işləri və layihələri həyata keçirmək, ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və  aidiyyatlı qurum təmsilçiləri ilə əməkdaşlıq etmək; Azərbaycan ərazisində   tarixi keçmişdən bu günədək yaşamaqda olan multikulturalizm ənənələrinin xarici ölkələrdə tanıdılması və təbliği ücün xarici ölkələrin multikulturalizm mərkəzləri ilə elmi əlaqələr qurulması, mübadilə proqramı və birgə fəaliyyət layihələrinin hazırlanması, Respublika və beynəlxalq qrant layihələrinin hazırlanması.

PROQRAM VƏ LAYİHƏLƏRİMİZ:

Multikulturalizm  ideyalarının tədqiqi və təbliği  istiqamətində   respublikada və xaric ölkələrin təhsil mərkəzləri ilə  əməkdaşlığın təşkili; ali təhsil müəssisələrinin humanitar təmayüllü fakultələri ilə multikulturalizm istiqaməti üzrə elmi mübadilələrin həyata keçirilməsi,  ixtisas kurslarında mütəxəssilərin mühazirələrinin təşkili; Mərkəzin elmi tədqiqat fəaliyyətini həyata keçirməsi üçün zəruri olan tədbirlərin – Azərbaycanda multikulturalizmin əsaslarının  elmi təhlillərinin aparılması,  mövcud multikultural modellərin  nəzəri-praktik tədqiqi və təbliği istiqamətində fəaliyyət göstərmək üçün elmi ekspedisiyalar təşkil etmək; UNEC-də Mərkəzin məqsədinə uyğun kurslar, seminarlar, dəyirmi masalar, görüşlər, sərgilər, müsabiqələr təşkil etmək, festivallar, konfranslar və digər tədbirlər keçirmək və s.

HƏDƏFİMİZ:  

Azərbaycanda multikulturalizm mühitinin və tolerantlığın  tarixi ənənələrinin inkişaf meyllərinin, mədəni müxtəlifliyinin hüquqi, siyasi  və iqtisadi əsaslarının tədqiqi və təbliği; Milli-mənəvi dəyərlərimizin, multikultural ənənələrimizin öyrənilməsi, təbligi və təşviq edilməsi istiqamətində UNEC müəllim və tələbələri ilə birgə layihələr həyata keçirmək üçün  UNEC-in fakultə və kafedraları ilə  iş aparılması; Mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələlərinə həsr olunmuş dəyirmi masa və elmi seminarlar, mühazirələr keçirilməsi UNEC-də mütəxəsislərin mühazirələrinin təşkili;  Azərbaycan multikulturalizmi və mövcud multikultural modellərin öyrənilməsi  istiqamətləri üzrə  elmi ekspedisiyaların təşkil edilməsi və s.

Komandamız

Məhəbbət Paşayeva

Rəhbər, t.e.d., professor

Hümeyrə Mustafayeva

fəl.f.d., dosent

Aynur Rzayeva

Fəlsəfə üzrə fəlsəfə doktoru

Digər Tədqiqat Mərkəzləri