Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti
UNEC-də idarəetmə prosesinin təkmilləşdirilməsi barədə Elmi Şuranın 27.02.2018-ci il və 29.06.2018-ci il tarixli qərarlarının icrasını təmin etmək məqsədilə Elm və innovasiyalar mərkəzi və Elm şöbəsi 01.10.2018-ci il tarixdən ləğv edilib və onun bazasında Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti yaradılıb. Texnologiya transfer mərkəzinin statusu dəyişdirilərək 01.10.2018-ci il tarixdən Texnologiya transfer şöbəsi adlandırılaraq departamentin tərkibinə daxil edilib.
Hazırda universitetdə yeni sosial-iqtisadi sisteminin formalaşmasının elmi-metodoloji aspektləri istiqaməti üzrə 4 problem mövzu ətrafında elmi-tədqiqat işləri aparılır:
- Ölkədə yeni iqtisadi münasibətlərin formalaşmasının nəzəri-metodoloji aspektdən interpretasiyası;
- Bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi münasibətlərin formalaşması məsələləri;
- Müasir şəraitdə yeni elmi təfəkkürün formalaşması məsələləri;
- İqtisadi-riyazi və texnoloji problemlərin sistemli tədqiqi.
Azərbaycan Dövlət İqtisad Universiteti nəinki respublikada ən böyük pedaqoji potensiala malik olan iqtisadyönümlü ali təhsil ocağıdır, о, həm də güçlü elmi-tədqiqat mərkəzidir. Məhz buna görə də müasir dövrdə bu potensialın tam gücü ilə işləməsi üçün çox böyük işlər görülmüşdür. Bunun üçün universitetdə son illərdə bir sıra prioritet istiqamətlər müəyyən edilmişdir. Bunların sırasında:
- İqtisad elminin müxtəlif sahələri üzrə milli elm məktəblərinin yaradılması prosesinə sistemli yanaşmanın təmin olunması;
- Elm-təhsil-iqtisadiyyat üçlüyü arasında real məzmunlu inteqrativ bağlılığa nail olunması;
- Universitetin professor-müəllim heyətini aktiv şəkildə elmi-tədqiqat işlərinə cəlb etməklə elmi fəaliyyətin sosial prosesə çevrilməsinin təmin edilməsi;
- İqtisad elminin müasir sahələrinin inkişafı, peşə hazırlığının yüksəldilməsi, təhsilin davamlı tərəqqisinin təmin olunması istiqamətində elmi nailiyyətlərdən geniş surətdə istifadə olunması;
- Müasir elmi-innovativ metodların tədqiqat prosesində və təhsil sistemində effektiv tətbiqinin təmin olunması;
- Universitetin elmi-tədqiqat sferasının idarə olunmasının təkmilləşdirilməsi;
- Elmi-metodoloji və elmi-texnoloji profil üzrə kompleks mövzuların müəyyən edilməsi;
- Dünyanın bir sıra ölkələrində mövcud olan universitetlərin müvafiq qurumları ilə əməkdaşlığı genişləndirərək müasir elmi təcrübələrin universitetdə tətbiqinə nail olunması;
- Qrantlar, dövlət vəsaitləri, təsərrüfat hesablı müqavilələr əsasında maliyyə vəsaiti cəlb edərək elmin maddi-texniki bazasının inkişaf etdirilməsi;
- İqtisad elmi ilə bağlı nəşrlərin hazırlanmasını, yayılmasını, konfransların, seminarların və digər elmi tədbirlərin keçirilməsinin dövriliyinə əməl edilməsi;
- Universitetin əməkdaşlarının beynəlxalq səviyyəli jurnallarda məqalələrinin çapı ilə bağlı informasiya konsaltinq xidmətinin təşkili.
UNEC-də idarəetmə prosesinin təkmilləşdirilməsi barədə Elmi Şuranın 27.02.2018-ci il və 29.06.2018-ci il tarixli qərarlarının icrasını təmin etmək məqsədilə Elm və innovasiyalar mərkəzi və Elm şöbəsi 01.10.2018-ci il tarixdən ləğv edilib və onun bazasında Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti yaradılıb. Texnologiya transfer mərkəzinin statusu dəyişdirilərək 01.10.2018-ci il tarixdən Texnologiya transfer şöbəsi adlandırılaraq departamentin tərkibinə daxil edilib.
Elm şöbəsi əvvəllər «Elmi-tədqiqat» şöbəsi adı altında fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin 11 oktyabr 1994-cü il tarixli 595 saylı əmrinə əsasən, 1995-ci ilin fevral ayından həmin bölmə «Elmi-tədqiqat şöbəsi» adı altında yenidən yaradılmış, 1997-ci ildən isə Elm şöbəsi kimi fəaliyyətini davam etdirmişdir.
Əsas funksiyaları:
-
Elmi fəaliyyətin planlaşdırılması və koordinasiyası:
– UNEC-in elmi inkişaf strategiyasına uyğun olaraq elmi-tədqiqat planlarının hazırlanması və icrasına nəzarət.
– Fakültə və institutlarda aparılan elmi işlərin mərkəzləşdirilmiş koordinasiyası. -
Elmi tədbirlərin təşkili:
– Respublika və beynəlxalq səviyyəli elmi konfranslar, seminarlar, forumlar və dəyirmi masaların təşkili.
– UNEC-in illik elmi konfranslarının hazırlanması və keçirilməsi. -
Tədqiqat layihələrinin idarə olunması:
– Dövlət və beynəlxalq fondlara təqdim olunan elmi layihələrin hazırlanmasında təşkilati və məzmun dəstəyi.
– Qrantların idarə olunması, hesabatların hazırlanması və tərəfdaşlarla əlaqə. -
Elmi dərəcə və adların təşkili işində iştirak:
– Dissertasiya müdafiə şuralarının fəaliyyətinin əlaqələndirilməsi.
– Doktorantura və dissertantura təhsili üzrə elmi rəhbərlik və metodiki işin təşkili.
Vəkil İbrahimov - Texnologiya transfer şöbəsinin müdiri
Nərgiz Hacıyeva Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri
Əlizadə Şəfa Məmmədbağır - Şöbə müdiri
Məmmədova Zöhrə Koçay - Böyük mütəxəssis
Məmmədova Ülviyyə Zeynəddin - Böyük mütəxəssis
Abdullazadə Aydın Seyfulla - Böyük mütəxəssis