UNEC Psixoloji Xidmət Mərkəzi

Şəfahət  Abdullayeva

Şəfahət Abdullayeva

Psixoloji Xidmət Mərkəzinin rəhbəri

Mərkəz 3 oktyabr 2022-ci il tarixində UNEC ailəsinin mental və psixoloji sağlamlığının prioritetləşdirilməsi məqsədilə yaradılmışdır. 

Məsləhət xidmətləri: Biz emosional və psixoloji problemlərin geniş spektrini həll etmək üçün tam məxfi olan psixoloji xidmətlərini təklif edirik. Lisenziyalı psixoloqlarımız müraciətçiləri dinləmək, dəstək olmaq və çətin anlardan keçməkdə kömək etmək məqsədilə

fəaliyyət göstərirlər.

Mental Sağlamlıqla bağlı Maarifləndirilmə tədbirləri: Biz mental sağlamlıq problemləri haqqında məlumatlılığı artırmaq və stiqmadan azad bir mühit yaratmaq üçün fəal şəkildə işləyirik. Seminarlar və təlimlər vasitəsilə tələbələrə biz mental sağlamlıq və onun ümumi rifahdakı əhəmiyyətini daha dərindən çatdırmağa çalışırıq.

Psixoloji Xidmət Mərkəzinin əsas missiyası

UNEC icmasının bütün üzvləri üçün əlçatan və hərtərəfli mental sağlamlıq xidmətlərini təmin etməkdir. Biz emosional rifahı, psixoloji dayanıqlılığı və şəxsi inkişafı təşviq edən kampus mədəniyyəti yaratmaqdır.

Komandamız

الأسئلة الشائعة

Problemi həll olunana qədər. Bu, bir həftə, hətta bir il də davam edə bilir. Biz adətən həftədə bir dəfə görüş təyin edib, seans keçiririk. Elə problemlər var ki, qısa zamanda həllini tapa bilir, bəziləri üçün isə uzunmüddətli seanslar lazım olur. Uzunmüddətli seanslar davamlılıq tələb edir və belə tələbələrimiz hazırda var.

İmtahan həyəcanını hər birimiz yaşamışıq və bizə tanış hisslərdir.  Tələbələrə birinci tövsiyəmiz odur ki, imtahanlara yaxşı hazırlaşsınlar. Bu zaman həyəcan emosiyaları 90 faiz azalır. Həyəcan əsasən imtahan başlayan zaman, yəni suallarla tanışlıq zamanı yaranır. Bunun da aradan qaldırılması yolları kimi düzgün nəfəsalma, diqqətin başqa şeylərə yönəldilməməsi və s. bu kimi texnikaları tələbələrə öyrədirik.

Əsasən onların yaş xüsusiyyəti, mühit dəyişikliyi, sevgi məsələləri, şəxsi keyfiyyətləri ilə bağlı olan problemlərdir.

Təəssüf ki, belə hallar olur. Həmin şəxslərin intihar həddinə gəlib çatmaması üçün onlarla fərdi seansların keçirilməsi çox önəmlidir. Stres yaşayan, depressiyaya düşən, ailə problemləri ilə qarşılaşan gənclər çox zaman bu problemlərlə təkbaşına mübarizə apara bilmirlər. Problemlərini ətrafındakı insanlara, yaxınlarına danışmaqdan çəkinirlər. O baxımdan psixoloji mərkəzlər həmin şəxslərə professional dəstək göstərə bilirlər. 

Fəaliyyətə başladığımz dövrdən bu günə qədər mərkəzimizdə 2015-dən çox seans keçirmişik.

Tələbələr daha çoxdur. Lakin bu ildən əməkdaşların da sayı çoxalıb. Biz üç prinsip əsasında işləyirik: könüllülük, ödənişsizlik və məxfiliyin qorunması.

UNEC-də təhsil alan bakalavr, magistr, doktorantlar, müəllimlər və əməkdaşlar, bir sözlə, UNEC-də təmsil olunan hər kəs xidmətimizdən yararlana bilərlər.

Fərdi şəkildə görüşdən sonra fərdi seanslar təyin edilir və lazım olduqda seanslar qrup şəklində də təşkil olunur. Bir seansın müddəti 50 dəqiqədir.

Mərkəz UNEC-in əsas (327), II (306), IV (506) tədris binalarında fəaliyyət göstərir. Qəbula 050-801-12-59 nömrəsinə zəng edərək yazılmaq mümkündür. Qəbul, eləcə də qəbula yazılmaq I-V günlər, saat 09:00-17:30-a dəkdir.

آخر الأخبار

عرض الكل
22 أبريل 2025
Mühəndislik fakültəsində “Təhsillə güclən, erkən nikahla yüklənmə” adlı tədbir keçirilib
21 أبريل 2025
Rəqəmsal İqtisadiyyat fakültəsində “Erkən nikahların qarşısının alınması” mövzusunda tədbir keçirilib
09 يناير 2025
İmtahan həyəcanını necə idarə etməli? - UNEC Psixoloji Xidmət Mərkəzindən tövsiyələr

اتصل بنا

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası, otaq 327

الهاتف

+994 12 492 59 14

البريد الإلكتروني

shafahat.Abdullayeva@unec.edu.az

مراكز أخرى