Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsinin 4.6-cı bəndinə uyğun olaraq UNEC-in ali idarəetmə orqanı Elmi Şuradır.
AR Təhsil Nazirliyinin 10.11.1997-ci il tarixli 792/4 nömrəli əmri ilə
təsdiq edilmiş “Ali təhsil müəssisəsinin elmi şurası haqqında”
Əsasnamənin tələblərinə uyğun olaraq Ali təhsil müəssisəsinə
ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və
rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilə bilər. UNEC-in Elmi Şurasının
27 yanvar 2023-cü il Qərarı ilə Elmi Şuranrun tərkibində fəaliyyət göstərən komissiyaların tərkibi təsdiq edilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 18.01.2023-cü
il tarixli №3-29/3-2-08F/2023 saylı əmri ilə Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) Elmi Şurasının yeni tərkibi təsdiq edilmişdir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Tutduqları vəzifələrinə ğörə Elmi Şuranın tərkibinə ali təhsil
müəssisəsinin rektoru (sədr), tədris işləri üzrə prorektoru (sədr müavini), prorektorlar, elmi katib, dekanlar, ali təhsil müəssisəsinin tərkibində fəaliyyət ğöstərən elmi-tədqiqat institutlarının direktorları, həmkarlar təşkilatının sədrləri (əməkdaşların və tələbələrin), şöbə müdirləri və Tələbə-Elmi Cəmiyyətinin sədri daxil olur.
Elmi Şuranın diğər üzvləri ali təhsil müəssisəsinin professor-müəl-
lim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edir. Bu miqdar rektor tərəfindən professor-müəllim və elmi işçilərinin sayından
asılı olaraq müəyyənləşdirilir.
Elmi Şuraya namizədlər hər bir fakültənin professor-müəllim və elmi işçilərinin ümumi içlasında gizli səsvermə yolu ilə seçilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 %-ə qədəri ali təhsil müəssisəsinin başçısı – rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (ali təhsil müəssisəsinin daxilində).
Professor-müəllim elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır.
Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50%-dən daha artıq çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər.
Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
Hər bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin) nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.
Rektor, i.e.d., professor
Tədris üzrə prorektor, i.f.d., dosent
Elmi katib, h.f.d., dosent
Elm və innovasiya məsələləri üzrə prorektor, f.e.d., prof.
İnzibati və təşkilati məsələlər üzrə prorektor, i.e.n.,dos.
Tələbələrlə iş üzrə prorektor, i.e.n., dosent
UNEC Zaqatala filialının direktoru, i.f.d., dos.
Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, i.f.d.
İqtisadi məsələlər üzrə prorektor
Rektorun müşaviri, i.f.d., dosent
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, i.f.d., dos.
Biznes və menecment fakültəsinin dekanı, i.e.n., dos.
Mühəndislik fakültəsinin dekanı, tex.e.n., dosent
Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı, tex.f.d., dos.
SABAH Mərkəzinin rəhbəri, i.e.n., dos.
Dekan, i.e.n., dosent
Türk dünyası iqtisad fakültəsinin dekanı, b/m.
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri, i.e.n., dos.
UNEC Biznes Məktəbinin direktoru, i.e.n., dos.
Dizayn Məktəbinin direktoru, s.ü.f.d., dos.
Rus İqtisad Məktəbinin direktoru, i.e.n., dos.
Qiyabi və əlavə təhsil mərkəzinin direktoru, b/m.
Beynəlxalq iqtisadiyyat məktəbinin (ISE) direktoru, i.f.d., dos.
Dərbənd filialının direktoru, i.e.n.
“İqtisadiyyat və texnoloji elmlər” kafedrasının müdiri, i.e.d., prof.
“Maliyyə və audit” kafedrasının müdiri, i.e.d., prof.
"Biznes və logistika" kafedrasının müdiri, dosent
İqtisadiyyat kafedrasının müdiri, i.f.d., dos.
İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müdiri, i.f.d., dos.
“Tətbiqi iqtisadiyyat” kafedrasının müdiri, i.e.n., dos.
“Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri f.f.d., b/m.
İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, i.e.d., professor
Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, i.e.d., prof., əməkdar müəllim
Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru, f.f.d., dosent
Ömürboyu Təhsil Mərkəzinin direktoru, i.f.d.
Maliyyə və təminat departamentinin direktoru, baş mühasib
Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi direktoru, dosent
UNEC İmtahan Mərkəzinin direktoru
Tələbə işləri mərkəzinin direktoru, dosent
Kitabxana İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d.
Doktorantura şöbəsinin müdiri, i.e.n., dosent
Daxili audit şöbəsinin müdiri, i.f.d.
İnsan resursları şöbəsinin müdiri
Hüquq şöbəsinin müdiri
Ümumi şöbənin müdiri
Həmkarlar İttifaqı Komitəsinin sədri
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Tələbə rektor
Tələbə Elmi Cəmiyyətinin sədri